Culfa şəhər 3 nömrəli tam orta məktəbində rayon ümumtəhsil məktəblərində dərs deyən informatika müəllimlərinin birgə iştirakı ilə seminar keçirilmişdir. Seminarda 26 tam orta məktəbdən 60 nəfər informatika müəllimi iştirak etmişdir. Seminarı giriş sözü ilə Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində məktəblərimiz yenilənmiş, şagirdlərimizin yüksək təhsil alması üçün lazımı şərait yaradılmışdır.
Dövlət proqramı çərçivəsində informasiya və kommunikasiya texnologiyalarının tədris prosesinə tədbiqi ilə əlaqədar olaraq rayonun umumitəhsil məktəblərinə 77-si elektron lövhə olmaqla 600 ədəd kompüter dəsti veilmişdir. Kompüterlərin 90 faizi internet şəbəkəsinə qoşulmuşdur. Məktəblərimizdə elektron tədris sisteminin tətbiq edilməsi mütərəqqi təhsil metodlarından istifadəyə və dərslərin interaktiv formada keçirilməsinə öz müsbət təsirini göstərmişdir. Yaradılmış şəraitin nəticəsidir ki, şagirdlərimizin informatika fənninə marağı artırmışdır. Keçirilən fənn olimpiadalarında şagirdlərimizin iştiraki diqqətdə saxlanılmışdır. Ancaq bu göstəricilərlə kifayətlənmək olmaz. İnformatika müəllimləri yaradilmış şəraitdən düzgün istifadə etməli tədrisin səviyyəsini daha da gücləndirmək üçün öz işlərini günün tələbləri səviyyəsində qurmalı, tədris prosesində buraxılmış bəzi nöqsanları aradan qaldırmalıdır.
Seminarda metodiki kabinetin müdiri Kamran Cəfərov Dizə kənd tam orta məktəbinin informatika müəllimi Türkanə Hüseynova çıxış edərək informatika fənninin tədrisi zamanı təlimin yeni metodlarından istifadə qaydaların və qarşıda duran vəzifələr haqqında çıxış etmişlər.