28 yanvar 2020-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat İdman Məktəbində "2 Fevral-Gənclər Günü" nə həsr olunmuş qızlar və oğlanlar arasında şahmat yarışı keçirilmişdir. Yarış Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Culfa Rayon bölməsi, Culfa Rayon Təhsil Şöbəsinin,Culfa Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının Gənclər birliyi ilə birgə keçirilmişdir. Yarışda Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İmanov çıxış edərək bildirdilər ki,"2 Fevral Gənclər Günü" 1997-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Onlar çıxışlarında bütün yarış iştirakçılarına uğurlar arzuladılar. Yarışın keçirilməsində əsas məqsəd rayonda şahmat idman növünün kütləviliyinin artırılmasına nail olmaq, bacarıqlı şahmatçıları üzə çıxarmaq, məkəblilərin qış tətili müddətində asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Yarışda 40 məktəbli iştirak etmişdir. Oğlanlar arasında I Yer-Məmmədli Amil Əbrəqunus kənd tam orta məktəbi, II yer-Abbasov Elsevər Yaycı kənd 1 nömrəli tam orta məktəbi, III yer-Məmmədli Məhəmməd Əbrəqunus kənd tam orta məktəbi, qızlar arasında I yer-Mikayılova Şənay Yaycı kənd 1nömrəli tam orta məktəbi, II yer-Babayeva Aysun Culfa Şəhər 1 nömrəli tam orta məktəbi və III yerə Culfa Şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Allahverdiyeva Nailə layiq görülmüşdür.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olundu