29 yanvar 2020-ci il tarixində Culfa Rayon Təhsil Şöbəsi və Culfa rayon Turist Diyarşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmək üçün dərnəyin 35 üzvü ilə Culfa Rayon Tarix Diyarşünaslıq muzeyində olmuşlar.
Muzeyin baş fond mühafizi Səma Əliyeva muzey haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, muzey 1981-ci ildən fəaliyyət göstərir. Arxeoloqların yeni araşdırmasından, erkən orta əsrlərə aid edilən iki boyalı saxsı küp tapılaraq muzeyə verilmişdir ki, muzeydə olan eksponatların sayı 3 minə çatdırılmışdır. Muzeylər tarixi keçmişimizi gələcəyə aparan əsas vasitədir. Bu gün Rayon Tarix Diyarşünaslıq Muzeyi mədəni irsimizin qorunması və təbliğində fəal iştirak edir.
Sonda dərnəy üzviləri muzeydə olan eksponatlara baxmışlar.