Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin məktəblilərin qış tətilinin səmərəli keçirmələri üçün hazırladığı Tədbirlər planına əsasən 29 yanvar 2020-ci il tarixdə Mərkəzin bir qrup dərnək rəhbəri və dərnək üzvləri ilə birlikdə Naxçıvan Avtomobil Zavodunda ekskursiyada oldular.
Əvvəlcə Muxtar Respublikada gedən iqtisadi inkişaf haqqında dərnək üzvlərinə geniş məlumat verildi. Sonra ölkəmizdə ilk və hələlik yeganə olan avtomobil zavodu ilə tanışlıq başlandı. Dərnək üzvləri və müəllimlər avtomobillərin yığıma başlamasından hazır modellərdə son tamamlama mərhələsinə qədər bütün proseslər haqqında məlumat aldılar.
Ekskursiya üzvləri üçün bu görüş olduqda maraqlı və yadda qalan oldu.