• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1371
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1371
mod_vvisit_counterBu ay46525
mod_vvisit_counterÜmumi2930664

Tarix: 23 Dek., 2024

Dərnək üzvləri Ordubad rayonundakı muzeylərə ekskursiyası təşkil olunub

Ordubad rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri uşaqların qış tətilinin səmərəli keçirilməsi məqsədilə Ordubad rayonunda yerləşən muzeylərə ekskursiya ediblər. Dərnək üzvləri Ordubad şəhərində yerləşən Akademik Yusif Məmmədəliyevin Ev Muzeyində olub. Məlumat verilib ki,  muzey 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi nailiyyətlərinin uğuru nəticəsində 75 illiyi münasibətilə yaradılıb. Muzey dörd ekspozisiya zalından ibarətdir.  Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir.

Dərnək üzvləri daha sonra Ordubad şəhərində yerləşən görkəmli maarifçi-pedaqoq  M.T.Sidqinin Ev Muzeyində olublar. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli maarifçi Məmməd Tağı Sidqinin Ev-Muzeyinin yaradılması haqqında” 2014-cü il 17 sentyabr tarixli Sərəncamı ilə yaradılan ev muzeyi M.T.Sidqiyə verilən yüksək dəyər və qiymətdir. Təsadüfi deyil ki, görkəmli sənətkarın “Məktəb hekayələri” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən oxunması zəruri olan kitablar sırasında yer alır. Məlumat verilib ki, Naxçıvan teatrının yaranmasında xidmətləri olan Məmməd Tağı Sidqi bu teatrın inkişafı məsələləri ilə yaxından məşğul olub. Böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb edib. Qeyd edək ki, bu gün muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Kukla Teatrı da böyük pedaqoqun adını daşıyır.

Dərnək üzvləri M.S.Ordubadinin Ev Muzeyini ziyarət etmişlər. Azərbaycan ədibinin ev muzeyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə anadan olmasının 100 illiyi münasibəti ilə 1972-ci ildə Ordubad şəhərində anadan olduğu mənzildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təşəbbüsü ilə muzeydə bərpa işləri aparılmış və yenidənqurmadan sonra 12 yanvar 2010-cu ildə muzeyin açılışı olmuşdur. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə şəkilləri, məktub və əlyazmaları və s. qorunub saxlanılır və nümayiş etdirilir.

Ekskursiya dərnək üzvlərində xoş təəssürat yaradıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg