01 fevral 2020 – ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin Fəaliyyət Planına uyğun olaraq “2 Fevral-Gənclər Günü” münasibətilə Təhsil Şöbəsinin və Uşaq–gənclər idman məktəbinin təşkilatçılığı ilə Qıvraq qəsəbə və Şahtaxtı kənd tam orta məktəblərinin şairdləri arasında stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Ələkbər Ələkbərov bildirib ki, Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz tövhəsini verməyə çalışır. Respublikamızda idmanın inkişafı, uşaq və gənclərin sağlamlığı və asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyətə malikdir.
Yoldaşlıq görüşündə 2 komandada 10 şagird iştirak edib. Sonda tennis idman növü üzrə keçirilən yoldaşlıq görüşündə fərqlənən şagirdlər diplomla mükafatlandırılıb.