Naxçıvan Dövlət Texniki Kollecində publisist-politoloq Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” kitabının müzakirəsi olub.
Kollecin direktoru Asəf Ruşanov qeyd edib ki, “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsəri Naxçıvanla bağlı tarixi məqamların ortaya çıxarılması və geniş auditoriyaya çatdırılması baxımından dəyərli bir töhfədir.
Bildirilib ki, “Oxunması zəruri olan kitabların siyahısı”na salınan bu əsər elmi və tarixi nəşrdir. Dəqiq tarixi həqiqətlər, xəritələr, şəkillər və digər sənədlərin əsasında hazırlanan bu kitab təkcə Azərbaycan tarixinin araşdırılmasında vacib rol oynamır.
Eyni zamanda tariximizi saxtalaşdırmağa çalışan erməni millətçilərinə tutarlı bir cavabdır. Belə ki, bu kitabda xalqımızın tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamlara toxunulub. Qriboyedov həm şair, həm də diplomat kimi öz fəaliyyəti dövründə Azərbaycan ərazilərinə ermənilərin köçürülməsi siyasətinin birmənalı şəkildə əleyhinə olub. O XIX əsrin sonu və XX əsrin əvvəllərində xain xislətli ermənilərin əzəli və əbədi torpağımız olan Naxçıvanda həyata keçirməyə çalışdıqları əməllərini öz diplomatik səriştəsi ilə qarşısını almağa səy göstərib.
Kollecin müəllimləri kitabda dərc olunan materaillar barədə ətarflı məlumat verib və kitabın gənc nəslin ideya-siyasi tərbiyəsində mühüm rol oynadığını yüksək qiymətləndiriblər.