3 fevral 2020-ci il tarixdə Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda açıq dərs keçirilib. Dərs zamanı şagirdlərə bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir.
Ulu öndərin ən böyük xidmətlərindən biridə o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verir və bu siyasətin müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra şagirdlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.