4 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər Gənclik Mərkəzində yeniyetmələr arasında keçirilən “İntellektual Oyunlar Olimpiadası” çərçivəsində “Xəmsə”, “Poliqon” və “Vətəni tanı” İntellektual oyunlarının Naxçıvan şəhər mərhələsi keçirilmişdir. ”İntellektual Oyunlar Olimpiadası”nın keçirilməsində məqsəd yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını, elmin nüfuzunu artırmaq, dünyagörüşünü və zehni inkişafını stimullaşdırmaqdır. Ümumilikdə, oyunlarda şəhər ümimtəhsil məktəblərindən 92 şagird iştirak etmişdir.
”Xəmsə” Milli İntellektual Oyununda 8 komanda - “Altay”, “Böyük beşlik”, “Günnüt”, “Ulduz”, “Şahinlər”, “Zirvə”, “Cəngi”, “Qarabağ” komandaları oyun nümayiş etdirmişdir. Nəticələrə əsasən “Altay” komandası I yeri, “Qarabağ” komandası II yeri, “Zirvə” komandası III yeri tutmuşdur.
“Vətəni tanı” İntellektual Oyununda 8 komanda - “Turan”, “Vətən”, “Zəfər”, “Qarabağ”, “Günnüt”, “Naxçıvan”, “Aslan”, “Odlar yurdu” komandaları oynamışdır. Yeniyetmələr oyun zamanı müxtəlif rənglərdə göstərilmiş Azərbaycanın hər bir inzibati ərazi vahidini müvafiq olaraq keçməcəli (pazl) xəritə üzərində yerləşdirmişdir. Xəritəni hamıdan tez və tam olaraq bitirən “Naxçıvan” komandası I yerə, “Odlar yurdu” komandası II yerə, “Günnüt” komandası III yerə layiq görülmüşdür.
“Poliqon” Strateji İntellekt Oyununda isə 6 komanda - “Qartal”, “Qarabağ”, “Gəmiqaya”, “Araz”, “Əlincə”, “Mübariz” komandaları iştirak etmişdir. Sonda “Araz” komandası I yeri, “Qarabağ” komandası II yeri, “Gəmiqaya” komandası III yeri tutmuşdur.
Qalib komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablarla təltif olunmuşdur.