Fevralın 4-də Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərə dair tədbirlər planına əsasən tədbir keçirilmişdir. Tədbirdə yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparılmışdır.
Tədbirdə şagirdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırılmışdır.