Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri Babək rayonu Xalxal kəndinə ekskursiya ediblər. Ekskursiyanın təşkil edilməsində məqsəd bu ərazilərdə yabanı faunanın qida tələbatını qismən ödəmək, ağaclara quş yuvaları asmaq və təmizlik aksiyası keçirmək olub.
Dərnək üzləri əvvəlcə həmin əraziyə qaba yem, tərəvəz qalıqları, daş duz qoyublar. Sonra isə hazırladıqları quş yuvalarını ağacdan asıblar. Uşaqlar ərazini plastik tullantılardan təmizləyiblər.