Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə birinci yarımilin yekunlarına dair Pedaqoji şura iclası keçirilib.
İclasda Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları da iştirak edib. Məktəbin direktoru Günay Novruzova birinci yarımildə görülən işlər haqqında məlumat verib, ikinci yarımildə görüləcək işlər müzakirə olunub. Həmçinin 5-ci və 11-ci siniflərin fəallıq göstəriciləri qrafiki müəllimlərin diqqətinə çatdırılıb. Nəticələri zəif olan siniflərdə tədris aparan müəllimlərə göstəricilərin artırılması istiqamətində tövsiyələr verilib. İclasın gündəliyində duran digər məsələlər haqqında yazılan arayışlar dinlənilib və qərar layihəsi qəbul edilib.
Sonda müəllimlərə ikinci yarımildə fəaliyyətlərində uğurlar arzulayıb.