• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1087
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1087
mod_vvisit_counterBu ay46241
mod_vvisit_counterÜmumi2930380

Tarix: 23 Dek., 2024

“Ulu yurdum Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə əlaqədar fevralın 6-da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu yurdum Naxçıvanım” mövzususnda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən-Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb.

Naxçıvanın muxtariyyətinin yaranması onun çoxəsrlik dövlətçilik ənənələrinin davamı kimi qəbul edilməlidir. Naxçıvan beş min ildən çox şəhərsalma mədəniyyətinə malikdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası tarixən çox mürəkkəb və keşməkeşli inkişaf yolu keçib. Tarix boyu Naxçıvan müxtəlif imperiyaların maraq dairəsində olsa da, heç bir işğalçı ordu naxçıvanlıların iradəsini qıra bilməyib.

Çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb. Bu torpaq Azərbaycana, dünyaya xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti olan Heydər Əliyevi bəxş edib. Naxçıvan həm də Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.

İnşa yazı müsabiqəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 55 şagird iştirak edib. Şagirdlər 2 saat vaxt ərzində Naxçıvan Muxtar Respublikasının dünəni və bu gününü, inkişafını, təhsilini, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən mövzuda inşa yazıblar.

İnşa yazılar münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq I yerə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin IX sinif şagirdi Allahyarova Aytac Rəşad qızı, II yerə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cəfərova Fatimə Ceyhun qızı və Naxçıvan Qarnizonu tam orta məktəbin XI sinif şagirdi Ələkbərova Nurcan Elçin qızı, III yerə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əkbərova Könül Mehdi qızı, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin XI sinif məktəbin şagirdi Yavərli Vüsal Fariz oğlu, Şərur şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseynova Arzu Əli qızı layiq görülüblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg