Müəllimlərin tez-tez ünvanladığı suallardan biri də I siniflərdə heç bir qiymətləndirmə olmadığına görə jurnalda yarımil qiymətləri çıxarılması ilə bağlıdır.
I sinif jurnalında yarımil qiymətlər çıxarılmayacaq. Ümumiyyətlə, I sinifdə summativdən söhbət gedə bilməz. Əslində, I siniflərdə heç bir summativqiymətləndirmə aparılmır. Amma təbii ki, müəllim şagird bacarığını müəyyənləşdirməküçün formativ qiymətləndirmə aparmalıdır. Bunun üçün müxtəlif təcrübələrdən istifadə oluna bilər. Məsələn, müəllim I sinif şagirdini qiymətləndirmək üçün ona ulduz verə bilər.
Bu, normaldır. Amma rəsmi summativ qiymətləndirmə aparılmayacaq.