• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün684
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə684
mod_vvisit_counterBu ay45838
mod_vvisit_counterÜmumi2929977

Tarix: 23 Dek., 2024

“Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda interaktiv dərs keçilib


Fevralın 7-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda interaktiv dərs keçilib.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-ci ildönümü ərəfəsində təşkil olunan interaktiv dəsrdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixində əhəmiyyəti, Naxçıvanın muxtariyyət statusu, inkişaf yolu və müstəqillik illərində  muxtar respublikanın həyatının bütün sahələrində fasiləsiz aparılan irimiqyaslı quruculuq və abadlıq işləri haqqında məlumat verib.

Bildirilib ki, 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir. Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmışdır. Bu mənada, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandırması təsadüfi deyildir.

Qeyd olunmuşdur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası bir əsrə yaxın tarixi dövrdə çox mürəkkəb, çətin və keşməkeşli tarixi inkişaf yolu keçmiş, ölkəmizin müstəqillik tarixində də mühüm rol oynamışdır.

Naxçıvanın muxtariyyət tarixi və bu günü ilə bağlı bildirilmişdir ki, günbəgün gözəlləşən, tarixin canlı salnaməsinə çevrilən ulu diyarımızı müstəqillik illərindən əvvəlki dövrü ilə müqayisə edəndə bu gün Naxçıvan Muxtar Respublikası sözün həqiqi mənasında özünün yeni intibah dövrünü yaşadığı aydın görünür. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında hərtərəfli və dayanıqlı inkişafa nail olunub, rayon mərkəzlərindən ucqar dağ kəndlərinədək genişmiqyaslı quruculuq işləri aparılıb, yeni sosial obyektlər, inzibati binalar istifadəyə verilib, istehsal sahələri yaradılıb, yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın və davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası muxtariyyat tarixinin 96-cı ildönümünü doğma Vətənimizə və xalqımıza qazandırdığı böyük nailiyyətlərlə qeyd edir. Azərbaycan Respublikasının üzvi tərkib hissəsi olan Naxçıvan hər gün tikilib qurularaq, ucalıb inkişaf edərək böyük sabahlara doğru inamla yol gedir. Bütün bunlar isə muxtariyyətin bəhrələri olmaqla yanaşı, həm də muxtar respublika rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasətin məntiqi nəticəsidir.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg