Ordubad Rayon İnternat və şəhər 3 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərə dair tədbirlər planına əsasən tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, yetkinlik yaşına çatmayanların milli mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarını səmərəli keçirilməsi vacib istiqamətlərdən biridir.
Muxtar respublikada milli dəyərlərimizə, adət-ənənələrimizə sahib çıxan, geniş dünyagörüşlü, təhsilli və intelektli gənc nəsilin yetişdirilməsi, sosial şəbəkələrdən təhlükəsiz istifadəsinə, tütün məhsullarının istifadəsinin zərərli təsirləri eləcə də sağlam həyat tərzinin təbliği qarşıda duran əsas vəzifələrdəndir.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.