Fevralın 8-də Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində ekskursiyada olublar. Muzey haqqında məlumat verən bələdçi Sevin Səbzəliyeva bildirmişdir ki, Naxçıvanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası ta qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib. Bununla yanaşı muzeydə hal hazırda 4000-nə yaxın eksponant vardır ki, bunlardan 393 ədədi ekspozisiya zallarında nümayiş olunur. Həmçinin bələdçi muzeydə olan xalçalar, xalçaçılıq sənəti, xovsuz və xovlu xalça növləri, habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri haqqında geniş məlumat vermişdir.
Naxçıvan Dövlət Xalça Muzeyi ilə yaxından tanışlıq Naxçıvan Şəhər Təhsil Şöbəsi kollektivinin xoş təsüratları ilə yadda qalıb.