Fevralın 10-da tarixdə Şahmat Mərkəzində “Şahmat beynin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-VI sinif oğlan şagirdləri arasında şahmat üzrə şəxsi birinciliyə start verilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 17 tam orta məktəbdən ümumilikdə 51 şagird iştirak edirdi. Qeyd edək ki, yarış “İsveçrə” sistemi ilə 5 turdan ibarət olaraq keçirilib.
Birincilik 3 gün davam edəcəkdir. Final oyunları 12 fevral 2020-ci il tarixdə keçiriləcəkdir.