Fevralın 10-da tarixdə Şahmat Mərkəzində “Şahmat beynin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-VI sinif oğlan şagirdləri arasında start verilən şahmat üzrə şəxsi birincilik 11 fevral 2020-ci il tarixdə yekunlaşmışdır. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 17 tam orta məktəbdən ümumilikdə 51 şagird iştirak etmişdir. Qeyd edək ki, yarış “İsveçrə” sistemi ilə 5 turdan ibarət olaraq keçirilmişdir. Şəxsi xarakter daşıyan birinciliyin yekun nəticəsinə əsasən, 7 nömrəli tam orta məktəbin şagirdi Rza Həsənov I yerə, 7 nömrəli tam orta məktəbin şagirdi Məsud Rəhimli II yerə, 3 nömrəli tam orta məktəbin şagirdi Elçin İsmayılov isə III yerə layiq görülmüşlər.
Sonda yer tutan və fərqlənən şagirdlərə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunmuşdur.