Nəzəri biliyin mənimsədilməsi metodları şagirdlərin şüurunda düzgün elmi anlayışların yaradılması və dərk edilməsi baxımından olduqca mühümdür. Bu məqsədlə Ordubad rayon Tivi, Bist, Xurs, Nəsirvaz məktəblərinin şagird və müəllimlərinin iştirakı ilə Bist kənd tam orta məktəbində Kimya və Biologiya fənlərindən nəzəri biliklərin laborator təcrübələrlə möhkəmləndirilməsi üçün açıq dərs keçirilmişdir.
Bist kənd tam orta məktəbinin direktoru Sahil Əlizadə "Laborator dərslərin məqsədi, əhəmiyyəti və faydalılığı" mövzusunda, Tivi kənd tam orta məktəbinin direktoru Nəsimi Sultanov "Laborator dərslərin vacibliyi" mövzuları dinlənildikdən sonra Xurs kənd tam orta məktəbinin biologiya müəllim Qoşqar Elmanoğlunun iştirakı ilə müxtəlif təcrübələr nümayiş edilmişdir.
Aparılmış təcrübələr şagirdlərdə böyük marağa səbəb olmuşdur.