Şərur rayonun Xanlıqlar kəndində sağlam həyat tərzi eləcə də tütün məhsullarının istifadəsinin zərərli təsirləri,erkən nigah və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi mövzusunda tədbir keçirildi.
Tədbirdə Təhsil şöbəsinin aparıcı məsləhətçisi Orucov Gündüz Hüseyn oğlu, İcra hakimiyyətində yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiyəsi üzrə komissiyanın üzvü Seyidov Mirkərim Mirhüseyn oğlu, Şərur Rayon Polis Şöbəsinin əməkdaşı yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiyəsi üzrə sahə inspektoru Məhərrəmov İsa Məhərrəm oğlu və İdman idarəsinin rəisi Hüseynov Sahil Azər oğlu iştirak etmişlər.
Tədbirdə çıxış edənlər məktəbdə sağlam həyat tərzi eləcə də tütün məhsullarının istifadəsinin zərərli təsirləri,erkən nigah və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi mövzusunda çıxış edərək şagirdlərə bu vərdişlərdən çəkinmələrini tövsiyyə etdilər.