Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə, Sədərək rayon Tarix Diyarşünaslıq muzeyində Naxçıvanın Muxtariyyət statusu almasının 96-cı ildönümü münasibətilə açıq dərs keçirilmişdir. Dərsdə Sədərək rayon Sədərək kənd 1 nömrəli məktəbin X-XI sinif şagirdlərinə məktəbin tarix müəllimi Vurğun Əsgərli məlumat verərək qeyd etmişdir ki, Naxçıvanın ən qədim zamanlarından başlayaraq tarixi haqqında məlumat verərək bildirilmişdir ki, Naxçıvanda hələ eradan əvvəl III minilliyə aid şəhər mərkəzlərinə rast gəlinmişdir.
Orta əsrlər dövründə şəhər daha da inkişaf etmiş, Eldənizlər dövlətinin paytaxtına çevrilmişdir. Bu dövrə aid mühəndislər şeyxi adlandırılan Memar Əcəminin möhtəşəm əsərləri hələdə öz füsunkarlığı ilə şəhərimizdə qalmaqdadır. Şagirdlərə daha sonra məlumat verilərək bildirilmişdir ki, 1924-cü il fevralın 9-da Naxçıvanın muxtariyyəti təsdiq edilmişdir. Qeyd edilmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvanda da surətli inkişaf baş vermiş və Muxtar Respublikada bütün sahələrdə yüksəliş özünü göstərmişdir. Belə ki, güclü siyasi iradənin ortaya qoyulması ilə çiçəklənən Naxçıvan bu gün bir çox xarici qonaqlarda dərin izlər qoymağı bacarır.
Sonda muzey rəhbərliyi şagirdləri muzeydəki eksponatlarla tanış etmişdir.