• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1183
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə10446
mod_vvisit_counterBu ay42778
mod_vvisit_counterÜmumi2510043

Tarix: 26 Apr., 2024

"Sabahın tədqiqatçıları" layihəsinin iştirakçısı "Elmə start" VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin diplomuna layiq görülüb

Moskvada keçirilən Məktəblilərin “Elmə start” VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsinə yekun vurulub. Müsabiqədə iştirak edən AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovanın rəhbərliyi altında Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi diploma layiq görülüb.

Müsabiqənin münsiflər heyəti tərəfindən Nuray Məmmədova III dərəcəli qalib diplomu, elmi rəhbəri Fizzə Məmmədova isə tələbələrin tədqiqat və yaradıcılıq fəaliyyətinin təşkili və aparılması sahəsində peşə fəaliyyətinin nəticələrini tətbiq etmələrinə kömək etdiyinə görə “Yenilikçi pedaqoji işi” sertifikatı ilə təltif edilib.

Fizzə Məmmədova və Nuray Məmmədova 1-3 martda Moskva şəhərində keçiriləcək Məktəblilərin “Elmə start” VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin ikinci mərhələsində iştirak etmək üçün dəvət alıblar. Müsabiqənin ikinci mərhələsində məktəbli təqdim etdiyi layihəsinin təcrübi hissəsini əyani şəkildə nümayiş etdirəcək.

Qeyd edək ki, Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində elmə marağı olan 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb ediliblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg