Fevralın 12-də Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin Fizika müəllimi Zamilə Mustafayeva tərəfindən VII və XI sinif şagirdlərinin iştirakı ilə “Fizika hər yerdə” adlı tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etmişdi.
Əvvəlcə şagirdlər tərəfindən fevral ayında baş verən hadisələr haqqında qısa məlumat verildi və şagirdlərə vətənpərvərlik hislərinin aşılanması məqsədilə “Xocalı faciəsi” qurbanları yad edildi.
Şagirdlər elektron lövhə imkanlarından istifadə etməklə fizikanın mexanika bölməsinə aid “Qüvvələrin istiqamətinin təyin olunması, fiziki cihazlar, fiziki kəmiyyətlər və onların vahidlərinə" aid tapşırıqları yerinə yetirdi.
Fizika fənni Riyaziyyat, Biologiya, Coğrafiya, Həyat bilgisi və İngilis dili fənləri ilə inteqrasiya olundu.
Sonra “İşığın sınması, cisimlərin ağırlıq mərkəzinin təyin edilməsi, mayelərin sıxlığı" bu kimi müxtəlif təcrübələr aparıldı.
Məktəbin XI sinif şagirdləri tərəfindən Fizika fənninin əhəmiyyətini vurğulaması və "Fizikanın hər yerdə" olduğunu göstərmək üçün bir çox peşələrə (Fizika müəllimi, Pilot, Gəmi kapitanı,Hüquq mühafizə orqanları əməkdaşları, Psixoloq, Həkim, Hidremetroloq) aid əvvəlcədən hazırlanmış səhnələr videolar şəklində nümayiş olundu.
Tədbirin sonunda Fizika fənnin nə qədər maraqlı olduğu və bu fənnin öyrənilməsinin vacibliyi vurğulandı.