13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında " 21 fevral Ana dili " günü ilə əlaqədar "İnşa" yazı müsabiqəsi keçirilib.
Müsabiqə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilib. Keçirilən inşa yazı müsabiqəsində rayon Təhsil şöbəsinin əməkdaşlarıda iştirak edib. Müsabiqədə çıxış edən Təhsil şöbəsini metodkabinetinin müdiri Bulud Bağırlı şagirdlərə uğurlar arzulayıb.
Daha sonra qaliblər aşağıdakı qaydada müəyyən olunub.
Sədərək kənd 1 nömrəli tam orta məktəbi üzrə I yer Bağırova Firuzə Sahib qızı, II yer Quliyeva Şəfa Murad qızı və III cü yer Əsgərova Əfsanə Əli qızı , Sədərək kənd 2 nömrəli tam orta məktəbi üzrə I yerə Vəliyeva Nurtən Həmzə qızı, II yerə Qasımova Seyran Kamran qızı, III yerə isə Şahhüseynova Aytən Fazil qızı, Heydərabad qəsəbə tam orta məktəbi üzrə I yerə Kazımova Səriyyə Əzim qızı, II yerə Bayramlı Şəfayət Kamal qızı, III yerə Əlizadə Gülçin Eldəniz qızı və Qaraağac kənd tam orta məktəbi üzrə I yerə Mehdiyev Nurlan Əli oğlu, II yerə İbrahimli Tərlan Asəf qızı, III yerə isə əlizadə Nihad Elçin oğlu layiq görülüblər.
İnşa yazı müsabiqəsinin qalibləri təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıb.