Ümumtəhsil sistemində kimyadan laboratoriya işlərinin təşkili və keçirilməsi mühüm təlim-tərbiyəvi əhəmiyətə malikdir. Nəzəriyyənin praktika ilə əlaqələndirilməsində, biliklərin qavranılması və möhkəmləndirilməsində, kimyəvi anlayışların və elmi dünyagörüşün formalaşdırılmasında kimya eksperiment böyük rol oynayır. Unudulmamalıdır ki, heç bir audiovizual və elektron vəsait təbii kimyəvi eksperimentlərin yaratdığı effekti əvəz edə bilməz. 13 fevral 2020-ci il tarixdə Culfa şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi Həmidə Məmmədova tərəfindən VII sinif şagirdlərinin iştirakı ilə "Kimyəvi reaksiyanın tipləri" mövzusuna aid açıq dərs keçirilmişdir. Müxtəlif birləşmələr üzrə aparılan reaksiyalar şagirdlərin baza biliklərinin möhkəmlənməsində olduqca yararlı olmuşdur.