• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün193
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1085
mod_vvisit_counterBu ay45347
mod_vvisit_counterÜmumi2929486

Tarix: 23 Dek., 2024

Dərsliklərin müzakirəsi davam etdirilir

14 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri, “Sabahın müəllimi” layihəsinin iştirakçıları, İnstitutun professor və müəllim heyətinin iştirakı ilə V sinif riyaziyyat dərsliyinin müzakirəsi keçirilmişdir.

Əsas məqsədi pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, ali təhsil müəssisələrinin dərslik və metodik vəsaitlərlə təmin olunması, tələbələrin dərslik və metodiki vəsaitlərin müzakirəsində iştirakının təşkili olan “Sabahın müəllimi” layihəsi çərçivəsində həyata keçirilən müzakirələr 2019-2020-ci tədris ilinin II yarımilində də davam etdirilir.

İlk müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl riyaziyyat müəllimləri, Naxçıvan Müəllimlər İnstitunun Riyaziyyat kafedrasının əməkdaşlarının iştirakı ilə V sinfin riyaziyyat dərsliyinə həsr olmuşdur. Müzakirələrin nəticələri olaraq hazırlanacaq rəy və təkliflər V sinif riyaziyyat dərsliyinin təkmilləşdirilməsinə bir töhfə olacaqdır.

Sonra V sinif riyaziyyat dərsliyinin müzakirəsinə başlanıldı. İştirakçılar dərsliyin həm keyfiyyətcə, həm də məzmunca yüksək səviyyədə hazırlandığını qeyd etməklə yanaşı, bir sıra çatışmamazlıqların- bəzi mövzular  üzrə nümunələrin azlığı, təriflərin və qaydaların diqqəti cəlb etmək üçün xüsusi yazılışa görə fərqləndirilməsi, bəzi hallarda terminlərdən düzgün istifadə edilməməsi və texniki qüsurların mövcudluğunu qeyd etdilər.

Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olundu.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg