14 fevral Babək rayon Uşaq Yaradıcılıq Mərkəzinin ''Rəsm'' dərnəyi üzvlərinə və Babək rayon orta məktəbinin şagirdlərinə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ustad dərsi keçirilib.
Ustad dərsini Azərbaycan Respublikasının Əməkdar rəssamı Həsən Qurbanov keçib.
Ustad dərslərinə böyük önəm verən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevada bu dərsdə iştirak edib, dərsin mahiyyəti haqqında şagirdlərə geniş məlumat verib.
Qeyd edək ki, dərsin keçilməsində məqsəd məktəblilərə rəssamlıq sənətini sevdirmək, onların yaradıcılıq potensiallarını artırmağa nail olmaqdır.