• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün208
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8026
mod_vvisit_counterBu ay44470
mod_vvisit_counterÜmumi2928609

Tarix: 22 Dek., 2024

Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilmişdir

Culfa şəhər 2 nömrəli tam orta məktəbdə oxunması zəruri olan kitablar siyahısında yer alan Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səyyarə Ağayeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar”dan bəhs etmiş, bu siyahıda yer alan hər kitabın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünyagörüşünün formalaşması, həmçinin mütaliə mədəniyyətinin aşılanması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir. 1866-1935-ci illərdə yaşamış, yazıçı-publisist, tərcüməçi, folklorşünas, bədii və teatr tənqidçisi, hüquqşünas, ictimai xadim kimi fəaliyyət göstərən Eynəli bəy Sultanovun “Məqalələr” kitabının da bu mənada müsbət rolundan bəhs etmişdir.

Culfa rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramazan Abuzərov tədbirdə çıxış edərək Muxtar Respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Culfa rayon təhsil müəssisələrində də şagirdlərin oxu vərdişlərinin artırılması, dərs kitablarından əlavə bədii ədəbiyyata marağın artırılması, oxunması zəruri olan kitabların mütaliəsinin ənənəviləşdirilməsi istiqamətində mühüm tədbirlər keçirildiyini vurğulamış, bu cür kitab müzakirələrinin də bu işlərin davamı olduğunu diqqətə çatdırmışdır.

Culfa rayon 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Yusifova Eynəli bəy Sultanovun həyatı haqqında tədbir iştirakçılarına məlumat vermişdir. 15 fevral 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında”kı Sərəncamı görkəmli ziyalının həyat və fəaliyyətinin, yaradıcılığının öyrənilməsində böyük rol oynadığını bildirmiş, ötən dövr ərzində Eynəli bəy Sutanovla bağlı imzalanmış ilk dövlət sənədi kimi bu Sərəncamın əhəmiyyətini vurğulamışdır.

Müzakirəyə Eynəli bəy Sultanovun tədqiqatçısı kimi dəvət olunan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Eynəli bəy Sultanovun çoxşaxəli fəaliyyətindən, xüsusilə publisistik yaradıcılığından söz açmış, “Məqalələr” kitabının ayrı-ayrı məziyyətlərinə toxunaraq, niyə məhz oxunması zəruri olan kitablardan biri də Eynəli bəy Sultanovun “Məqalələr”idir? sualını əhatəli şəkildə şagird və müəllimlərin diqqətinə çatdırmışdır. O qeyd etmişdir ki, “Məqalələr” kitabı iki bölmədən ibarətdir. Birinci bölmədə Eynəli bəy Sultanovun 1892-1918-ci illərdə dövri mətbuatda dərc edilən məqalələri, ikinci bölmədə isə görkəmli ədibin yazılma və dərc edilmə tarixi məlum olmayan məqalələri özünə yer tapıb.

Kitabda yer alan 120-dən çox məqalənin hər birində Eynəli bəy Sultanovun Azərbaycan xalqına olan sevgisini hiss etmək mümkündür. Bəzən bu sevgi yaşadığı dövrdə hər hansı sahədə xalqın geridə qaldığı məqamların tənqidi, bəzi məqamlarda təəssüfü ilə qələmə alınsa da, bunların hər birində publisist Eynəli bəyin daxilindəki vətən sevgisi, onun xalqının hər bir nümayəndəsinin maariflənməsi istiqamətindəki daxili vətənpərvərlik yanğısı diqqəti cəlb edir”,- deyən Elxan Məmmədov yazıçı-publisistin “Müsəlmanlar arasında”, “Dərkedilməz insan mühakimə qarşısında”, “Tatar ziyalıları haqqında düşüncələr”, “Keçmiş haqqında iki kəlimə”, “Naxçıvan” (Xüsusi müxbirdən)”, “Novruz bayramı”, “Müsəlman qız”, “Qafqazda müsəlman mətbuatı”, “Suallar və cavablar”, “Əsil azadlıq haradadır”, “Naxçıvan məktubları” silsiləsindən dərc edilən məqalələri haqqında ətraflı söz açmışdır.

E.Məmmədov Eynəli bəy Sultanovun fəaliyyət göstərdiyi mətbuat orqanları, işlətdiyi gizli imzalar barədə də danışaraq vurğulamışdır ki, yazıçı ayrı-ayrı illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Zakavkazye” qəzetinin “Müsəlman həyatı şöbəsinin müdiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru (1921-1923), “Yeni fikir” qəzetinə əlavə kimi nəşr olunan “İşıq yol” qəzetinin məsul katibi (1924-1926) işləmiş, eyni zamanda “Zakavkazskaya reç” qəzetinin “müsəlman qəzetlərindən tərcümə” sahəsində çalışmış, bütün bu mətbuat orqanlarında 20-dən çox fərqli imzadan istifadə etmişdir.

Tədbirdə məktəbin şagirdləri Eynəli bəy Sultanovun məqalələrindən parçaları qiraət etmişlər.

Müzakirənin sonunda dosent Elxan Məmmədov məktəbin müəllim və şagirdlərini maraqlandıran sualları cavablandırmış və Eynəli bəy Sultanovun kitablarından məktəb kitabxanasına hədiyyə etmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg