• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün623
mod_vvisit_counterDünən5078
mod_vvisit_counterBu həftə9886
mod_vvisit_counterBu ay42218
mod_vvisit_counterÜmumi2509483

Tarix: 26 Apr., 2024

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin laboratoriyasında açıq dərslər keçirilmişdir

17 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin kimya, biologiya və fizika laboratoriyalarında açıq dərslər keçirilmişdir.

Biologiya müəllimi Haqverdiyeva Gülər laboratoriyada VI sinif şagirdləri üçün “Bitkilərin havadan qidalanması. Fotosintez” mövzusunda açıq dərs keçmişdir. Mövzu əhatəli  izah olunduqdan sonra  nişastanın təyini, xlorofilin yarpaqdan ayrılması, oksigen və karbon qazının təyini, yaşıl yarpaq hüceyrəsi ilə rəngsiz soğan pərdəsi hüceyrəsinin quruluşunun fərqləndirilməsi təcrübələri yerinə yetirilmişdir. Dərs zamanı tarix, coğrafiya və biologiya fənləri ilə inteqrasiya yaradılmışdır.

Kimya müəllimi və laborant Zalova Ləli isə VIII-X sinif şagirdləri üçün laboratoriyada təcrübə dərsi keçmişdir. 9 təcrübə-halogenlərin təyini, benzoy turşusunun sublimasiyası, kükürdün allotropik şəkildəyişməsi-kristallik kükürdün plastik kükürdə çevrilməsi,  mis(II) sulfatla dəmir arasında gedən əvəzetmə reaksiyası, Fe2+ və Fe3+ ionunun təyini, oksigenin Bertole duzundan alınması, məhlullarda H+ ionunun təyini, ammonium bixromatın parçalanması reaksiyalarının təcrübələri aparılmışdır. Sulfat turşusu məhlulu ilə yazılmış sirli yazının – “Kimyafobiyaya yox deyək!” və “Təcrübə görməyən şagird qalmasın!” şüarlarının müəyyənləşdirilməsi şagirdlərin  marağına səbəb olmuşdur.

Fizika müəllimi Bayramova Tutu laboratoriyada VIII sinif şagirdləri üçün “Elektroskop. Elektrometr” mövzusunda açıq dərs keçmişdir. Dərs zamanı şüşə banka, mismar, plastik qapaq və folqa vərəqindən sadə elektroskop hazırlanmışdır. Ebonit çubuğun yun parça ilə elektrikləşməsi və elektrik yüklərinin elektrometr vasitəsilə ölçülməsi prosesi aparılmışdır.

Hər 3 laboratoriyada təcrübələr fənn müəllimlərinin nəzarəti altında  şagirdlər tərəfindən yerinə yetirilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg