19 fevral 2020- ci il tarixdə Culfa Rayon Təhsil Şöbəsi, Culfa Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Gənc Turistlər və Diyar Şünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Xocalı- tarixin qara səhifəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov giriş sözü ilə açaraq “ Xocalı faciəsinin ” qurbanlarını bir dəqiqəlik sükutla yad etmiş, faciə ilə əlaqədar geniş məlumat vermişdir.
Bildirilmişdir ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Tədbirin sonunda dərnək üzvlərinin şeirləri dinlənilib və Xocalı faciəsini əks etdirən 112 ədəd rəsm işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.