• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün343
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8161
mod_vvisit_counterBu ay44605
mod_vvisit_counterÜmumi2928744

Tarix: 22 Dek., 2024

“Görkəmli Azərbaycan ədibi” mövzusunda interaktiv dərs keçirilib

Fevralın 20-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında “Görkəmli Azərbaycan ədibi” mövzusunda interaktiv dərs keçirilib.

Qeyd olunub ki, dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılmışdır. Həmçinin Cəlil Məmmədqulu­zadənin vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri də istifadəyə verilmişdir.

Bildirilmişdir ki, çox­əsrlik tarixə malik olan Azərbaycan ədəbiyyatının inkişafında böyük Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin mühüm xidmətləri olmuşdur. O, Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin ərsəyə gətirdiyi qiymətli dram və nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir.

Görkəmli yazıçı-publisistin həyatı haqqında ətraflı məlumat verilərək bildirilib ki, sovet dövründə yaradıcılığı və şəxsiyyəti ideologiyanın təhriflərinə məruz qalan Cəlil Məmməd­quluzadənin irsi ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində toplanılaraq nəşr edilmiş, ciddi tədqiqatların obyekti olmuşdur. Ölməz ədibin övladı qədər sevdiyi və bütün ömrünü verdiyi “Molla Nəsrəddin” jurnalının latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilməsi də müstəqillik dönəmində ədibin irsinə və şəxsiyyə­tinə göstərilən misilsiz ehtiramı nümayiş etdirir. Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun “Molla Nəsrəddin”inə belə dəyər vermişdir: “Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıcı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır”. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında görkəmli  ədibin adı və xatirəsi daim əziz tutulmuş, əsərləri, o cümlədən ikicildlik “Seçilmiş əsərləri” yeni tərtibatda nəşr edilmişdir.Görkəmli yazıçının həyat və fəaliyyətinə həsr edilmiş simpozium və elmi konfranslar keçirilmiş, ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalının bir nömrəsi Cəlil Məmmədquluzadəyə həsr olunmuş, adını daşıyan muzeylərin ekspozisiyası zənginləşdirilmişdir. Həmçinin ədibin “Hekayələr”i Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilmişdir. Əsərləri daim teatrların repertuarlarında olmuş, çoxsaylı əsərləri səhnələşdirilərək böyük tamaşaçı rəğbəti qazanmışdır. Bunlarla yanaşı ötən il Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi, ədibin Naxçıvan şəhərindəki ev-muzeyi, adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrı və teatr binasının qarşısındakı əzəmətli heykəli Cəlil Məmmədquluzadə şəxsiyyətinə göstərilən ehtiramın daha bir nümunəsidir.

Dərsdə vurğulanıb ki, Cəlil Məmmədquluzadənin əsərləri bu gün-Azərbaycanın müstəqilliyi dövründə də öz aktuallığını qoruyub saxlayıb. İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg