• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün250
mod_vvisit_counterDünən9690
mod_vvisit_counterBu həftə13141
mod_vvisit_counterBu ay30239
mod_vvisit_counterÜmumi3111917

Tarix: 12 Mart, 2025

Şahbuz rayonunda maarifləndirici seminar olub

Şahbuz rayon “Araz” kinoteatrında rayon üzrə fəaliyyət göstərən uşaq müəssisələrində, o cümlədən ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində, musiqi məktəblərində sanitar-gigiyenik vəziyyəti ilə bağlı maarifləndirici seminar keçirilib. Tədbirdə Şahbuz rayonunda fəaliyyət göstərən uşaq müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan digər şəxsləri iştirak ediblər.

Şahbuz Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Cəlal Paşayev tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakşılarına ətraflı məlumat verib.

Qeyd olunub ki, müvafiq sahədə sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslər öz işlərinə biganə yanaşdıqda Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət daşıyırlar.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov muxtar respublikamızda təhsilin inkişafından, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar karantin və xüsusi təhlükəli infeksiyalara nəzarət şöbəsinin müdiri Qurbani İbrahimov ümumtəhsil məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində olan sanitar-gigiyenik vəziyyət barədə danışıblar.

Sonda tədbir iştirakçılarına müvafiq sahə ilə əlaqədar hazırlanan broşürlər paylanılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg