• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün700
mod_vvisit_counterDünən964
mod_vvisit_counterBu həftə15744
mod_vvisit_counterBu ay32842
mod_vvisit_counterÜmumi3114520

Tarix: 14 Mart, 2025

“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar Şərur və Sədərək rayonlarında keçirildi

Buraxılış və qəbul imtahanlarına hazırlaşmaq, düzgün ixtisas seçimi etmək, toplanan bala uyğun ali təhsil müəssisəsinin seçmək, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stressdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, əməl edilməli olan qida rasionunun seçilməsi  hər bir məzun üçün  vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə hər bir abiturientin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.

Abiturientlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı onların məlumatlandırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilmiş “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar 21 fevral 2020-ci il tarixdə Şərur və Sədərək rayon ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 200-ə yaxın şagirdin iştirakı ilə keçirilmişdir.

Seminarda “2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularında məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, artıq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək ali və orta ixtisas müəssisələrinə qəbul imtahanlarının təqvimi təsdiq olunub. Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi  martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.

Seminarın sonunda mövzularla bağlı suallar cavablandırılıb, abituriyentlərə imtahanqabağı əlavə tövsiyyələr verilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg