Sınaq imtahanı buraxılış imtahanı modeli əsasında təşkil olunub. Belə ki, IX sinif test tapşırıqlarında Azərbaycan dili fənni üzrə 10-u qapalı və 10-u açıq, riyaziyyat fənni üzrə 10-u açıq, xarici dil fənni üzrə isə 6-sı açıq və 9-u qapalı suallar qeyd olunub.
XI sinif test tapşırıqlarında isə Azərbaycan dili fənni üzrə 20-si qapalı və 10-u açıq, riyaziyyat fənni üzrə 12-i açıq və 13-ü qapalı, xarici dil fənni üzrə 7-si açıq və 23-ü qapalı suallar təqdim edilib.
Keçirilən sınaq imtahanının məqsədi qapalı və açıq formalı test tapşırıqları vasitəsilə şagirdlərin bilik və bacarıqlarını, oxuyub-anlama və dinləyib-anlama vərdişlərini yoxlamaq, bununla da onların həm imtahan texnologiyalarına alışmaları, həm də imtahana hazırlıq səviyyələrini yoxlamaları üçün imkanın yaradılmasıdır. Bu imtahanlar şagirdlərə biliklərini yoxlamağa, ümumi hazırlıq səviyyələrini müəyyən etməyə, tədris materiallarının qavranılmasında güclü və zəif tərəflərini üzə çıxarmağa kömək edəcəkdir.
İmtahan vaxtı bütün bölgələrdə 3 saat müddətində nəzərdə tutulub.
İmtahanda iştirak edən şagirdlərə uğurlar!