Fevralın 21-də Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə 21 fevral-“Beynəlxalq Ana Dili günü” ilə bağlı “Anadilim Şirin dilim” adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak edirdi.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsələndikdən sonra məktəbin direktoru Aynur Mustafayeva tədbir iştirakçılarına bildirdi ki, hər bir millətin varlığının mühüm amillərindən biri olan ana dili heç vaxd yaddan çıxmayan, unudulmayan qürur mənbəyidir.
Azərbaycan xalqı zaman-zaman əzilsə də, represiyalara məruz qalsada öz ana dilini qoruyub saxlaya bildi. Bu gün ana dilimizi sevə-sevə öyrədənlərin günüdür. O öyrədənlərin ki, dilimizin gözəliklərini, incəliklərini, müqəddəsliyini şagirdlərə çatdırır, onlara dilimizi sevdirir.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xumar Zamanova dilimizin keçdiyi inkişaf mərhələləri, onun tədrisi üçün yaranmış imkanlar, dilimizin qorunması uzaq tariximizi bugün də yaşatmağa kömək edən bir dildir. Dilimiz milli sərvətimizdir.