Fevralın 24-də Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş Şahmat yarışı keçirilib.
Yarışda Təhsil şöbəsinin əməkdaşları, Şahmat məktəbinin müəllimləri və Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX-X sinif şagirdləri iştirak edib.
Maraqlı keçən oyunun yekun nəticələrinə əsasən, I yerə Əlirzayev Əsəd Əlirza oğlu, II yerə Əlizadə Mehdi Elməddin oğlu və III yerə Adnayev Elcan Elçin oğlu layiq görülmüşlər.
Yarışın sonunda qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılmışdır.