• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün5077
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9262
mod_vvisit_counterBu ay41594
mod_vvisit_counterÜmumi2508859

Tarix: 25 Apr., 2024

Xatirə Muzeyində “Xocalı Soyqırımı-XX əsrin faciəsi” mövzusunda açıq dərs keçirilmişdir

Fevral 25-də Xatirə Muzeyində Naxçıvan şəhər Qarnizonu tam orta məktəbinin, 1, 2, 16 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinin  iştirakı ilə “Xocalı Soyqırımı-XX əsrin faciəsi” mövzusunda 13 nömrəli tam orta məktəbin tarix müəllimi İbrahimova Təhminə Cabbar qızı açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.

Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla həyata keçirilmişdir. 1992-ci il fevralın 25-dən 26- na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştrakı ilə 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli qırğın törətmişlər. Xocalının düşmən tərəfdən işğal olunması zamanı böyük şücaət göstərərək şəhid olmuş, bir sıra igid vətən oğulları Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər. Bunların arasında Xocalı aeroportunun komendatı Əlif Hacıyevin, Xocalı ərazi özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynovun, rota komandiri Aqil Quliyevin, silahlı dəstəyə başçılıq etmiş Ələsgər Novruzovun adlarını çəkmək olar. Xocalı soyqırımı zamanı dinc əhalinin xilas edilməsində fərqlənmiş və şəhidlik zirvəsinə yüksəlmiş Hikmət Nəzərli, Füzuli Rüstəmov, Canbulaq Rzayev, Araz Səlimov da ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adını almışlar. Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı Çinğiz Mustafayevin çəkdiyi video lentlərin rolu əvəsizdir. Xocalı faciəsinin soyqırımı kimi dəyərləndirilməsi və dünya ictimaiyyitinə təqdim edilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Sonda  isə muzeyin ekspozisiya zalına baxış olunmuş, şəhidlərimiz barədə şagirdlərə ətraflı məlumatlar verilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg