Sədərək kənd 1 nömrəli tam orta məktəbində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Təhsil şöbəsinin əməkdaşlarının, məktəbin müəllim və X-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə iştirakçılar rəsm və kitab sərgisi ilə tanış olublar.
Məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Samirə Əliyeva bildirib ki, Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir.
Bu soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Müəllim Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının önəmindən bəhs edib.
Bildirilmişdir ki, XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımının bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Sonda şagirdlər Xocalıya aid adlı şeirləri qiraət ediblər.