Fevralın 25-də Şərur rayon Kürkənd tam orta məktəbində sağlam həyat tərzi eləcə də tütün məhsullarının istifadəsinin zərərli təsirləri, erkən nigah və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi haqqında şagirdlərin məlumatlandırılması məqsədilə tədbir keçirildi.
Tədbirdə Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gündüz Orucov, məktəbin direktoru Tuncay Cəfərov, Polis Şöbəsinin yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə sahə inspektoru Urfan Mahmudov iştirak etmişlər.
Qeyd olunmuşdur ki, yeniyetməlik dövrü şübhəsiz ki, ən böyük dəyişikliklərdən biri olub. Bu dəyişiklik çox istiqamətli xarakter daşıyıb gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir.Bildirilib ki, bu dövr dostluq münasibətlərinin ən sıx olduğu dövrdür. Odur ki,valideynlər uşaqlarının kimlərlə dostluq etdiyini də bilməlidir.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.