• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün603
mod_vvisit_counterDünən3719
mod_vvisit_counterBu həftə8228
mod_vvisit_counterBu ay40751
mod_vvisit_counterÜmumi2981562

Tarix: 23 Yan., 2025

Naxçıvan Qarnizonu tam orta məktəbində “Xocalı faciəsinin 28- ci ildönümü” nə həsr olunmuş tədbir keçirildi

Tədbiri giriş  sözü  ilə  məktəbin  direktoru, Azərbaycan  Respublikasının Əməkdar  müəllimi  Natiq Əhmədov  açdı. O, çıxışında Azərbaycan  xalqının  XIX və  XX  əsrlər  tarixində baş  vermiş faciəli hadisələri xatırlatdı. Bu  qanlı  hadisələrin əksəriyyətinin ermənilərin əli ilə törədilməsindən, imperiya  qüvvələrinin  ermənilərdən bir  vasitə  kimi  istifadə etməsindən, Azərbaycanda  Soyqırım və  deportasiya siyasətini həyata keçirmələrindən ətraflı məlumat verdi.

1918-ci ildə Azərbaycan xalqı  öz istiqlqalı  uğrunda  mübarizəyə  qalxanda mart  hadisələri  törədilmiş, Bakıda və ölkəmizin  digər  şəhərlərində xalqımız  soyqırıma məruz qalmışdır.Tarix XX əsrin  sonunda təkrar  olunmuş, xalqımız özünün istiqlal mübarizəsində  20 Yanvar  faciəsini , iki il sonra  Xocalı faciəsini- soyqırımı  yaşamalı  olmuşdur. Natiq  müəllim  təəssüflə qeyd etdi ki, təcavüzkarların  dəstəklənməsi, tarixi  gerçəkliyə və  müasir  siyasi  proseslərə  ikili  standartlar mövqeyindən yanaşma  halları  günümüzün  acı  reallığıdır. Biz - bütün sülhsevər insanlar  insan  haqlarına və  demokratiyaya  zidd yanlış  addımları  qətiyyətlə pisləyir, bu  yolda olan  bəzi  dövlətləri və siyasətçiləri  yaxın  tariximizin ən qanlı  səhifəsi olan -Xocalı  soyqırımına  diqqət  yetirməyə dəvət  edir, hər  kəsi  narahat  dünyamızın gələcək  taleyi  naminə haqqın  və ədalətin  yanında  olmağa çağırırıq.

Sonra məktəbin tarix müəllimi Ulduz Eyvazova “Xocalı  faciəsindən ötən 28  il” mövzusunda  çıxış  etdi. Ulduz müəllimə “Xocalı  faciəsi”nin  baş vermə səbəblərin, mənfur qonşularımızın bu  faciəni  planlı  şəkildə   hazırladıqları  bir tarixi  cinayət  olduğunu  faktlar əsasında     diqqətə çatdırdı. Azərbaycanın qədim  tarixini özündə  əks etdirən, çox  mühüm  coğrafi-strateji əhəmiyyətə  malik  olan  Xocalıda Dağlıq  Qarabağın yeganə hava  limanı  yerləşdiyindən mənfur ermənilər Xocalını  hədəf  seçmişdilər və bir gecənin içərisində 7000 əhalisi olan şəhər dağıdıldı,yandırıldı,talan olundu. Heç kimə aman verilmədi. Qoca, cavan və uşaqlar amansızlıqla qətlə yetirildi.

Çıxışlardan  sonra  Xalq şairi-sinəsində  yurd həsrətli, xalqını, millətini, yurdunu dərin məhəbbətlə sevən Zəlimxan Yaqub yaradıcılığından ədəbi – bədii   kompozisiya göstərildi.

Şairin Xocalı adlı yurdun dağıdılıb viran qalmasını urək yanğısı ilə qələmə aldığı, gələcək nəsillərin yaddaşından  silinməyəcək  bu tarix - Xocalı soyqırımı təkcə Azərbaycana, Azərbaycan xalqına  deyil, insanlığa qarşı törədilmiş ən ağır, misli  görünməmiş cinayətdir.

Şagirdlərimiz sonda tədbiri bu sözlərlə yekunlaşdırdılar:  Biz şagirdlər, bütün  sülhsevər insanlar kimi  müharibələri, soyqırımları pisləyir, onları törədən insanları  lənətləyirik. Azərbaycan  tarixində  baş  vermiş  soyqırım qurbanlarını  unutmamaq  üçün onların  xatirəsini hər  zaman  anacaq və  sülhün  Yer  kürəsində  bərqərar  olması  üçün çalışacağıq.

Sonda tədbir iştirakçıları, məktəbin şagirdlərinin “Xocalı faciəsi” nə həsr etdikləri rəsm sərgisinə baxdılar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg