Tədbirdə Şərur Rayon Danyeri kənd tam orta məktəbinin şagird və müəllim kollektivi, Cəlilkənd kəndindəki C.Məmmədquluzadənin Xatirə Muzeyinin əməkdaşları iştrak etmişdir. Tədbiri giriş sözü ilə Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuran Əliyev açaraq demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalı müsibəti törədildi. Minlərlə əliyalın, dinc əhali vəhşicəsinə öldürüldü, qocalar,qadınlar və körpələr məhv edildi.
Azərbaycan xalqına qarşı misilsiz soyqırım həyata keçirildi. Torpaqlarımızın bütövlüyü, dövlətçiliyimizin suverenliyi uğrunda həlak olan vətənimizin bütün oğul və qızlarına Allahdan rəhmət diləyirik. C.Məmmədquluzadənin Xatirə Muzeyinin direktoru çıxış edərək demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən o müdhiş gecədə əsl genosid yəni soyqırım baş vermişdir.Bu vaxt dünyanın eşitmədiyi Xocalı harayını qulaqardına vuran millətin iqtidarı var idi.
Sonra Danyeri kənd tam orta məktəbinin təşkilatçısı Ruhiyyə Səfərova çıxışında demişdir: Hücumdan əvvəl 25-i axşamçağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdı. Gecə isə şəhər tamamilə yerlə-yeksan olundu.Siz şagirdlər bu tarixi heç vaxt yaddan çıxarmamalısınız.
Sonda isə muzeyin bələdçisi muzeyin ekspozisiyası ilə tanış etmişdir.