• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün457
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə12375
mod_vvisit_counterBu ay43438
mod_vvisit_counterÜmumi2510703

Tarix: 27 Apr., 2024

“Mən Vətənimi necə tanıyıram?” adlı bilik yarışı keçirilib

25 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində   Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin II-IV sinif şagirdləri arasında “Mən Vətənimi necə tanıyıram?” adlı bilik yarışı keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, vətənpərvərlik hisslərini möhkəmləndirmək, tarixi hadisələrə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək, eyni zamanda şagirdlərin intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cahan Abbasova analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirib. Vurğulanıb ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bildirilib ki, Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı günü haqqında” qərar qəbul edib.

İştirakçılar müsabiqənin şərtləri ilə tanış olduqdan sonra yarışa start verilib.

Qeyd edək ki, bilik yarışı əsasnaməyə uyğun olaraq 2 mərhələdə təşkil olunub. Məktəb mərhələsində qalib olmuş komanda rayon mərhələsində iştirak etmək hüququ qazanıb.

Yarışda 11 komandada 55 şagird iştirak edib. 3 yarımfinal və 1 final mərhələsindən ibarət olan bilik yarışında hər mərhələdə komandalara 15 sual təqdim olunub və sualların cavablandırılması üçün 1 dəqiqə vaxt verilib. Şagirdlər işğal olunmuş rayonlarımızın tarixinə, coğrafiyasına, tarixi abidələrinə, eyni zamanda milli qəhrəmanlarımıza aid suallar üzrə biliklərini sınayıblar.

Müsabiqənin yekun nəticələrinə əsasən, Qarabağlar kənd 2№-li tam tam orta məktəbin “Cəbrayıl” komandası  I, Qabıllı kənd tam orta məktəbinin  “Şuşa” komandası II, Qıvraq qəsəbə tam orta məktəbinin “Ağdam” və Yurdçu kənd tam orta məktəbinin “Qarabağ”  komandası isə  III yerə layiq görülüb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg