Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərkəzin direktoru Nübar Allahverdiyeva Xocalı harayı mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, belə tədbirlərin keçirilməsində məqsəd gənc nəslin Vətənə, doğma torpağa məhəbbət və sədaqət hisslərinin gücləndirilməsindən ibarətdir. İnsanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.
Tarix heç nəyi unutmur! Daha sonra tədbirdə Mərkəzin Şöbə müdiri Lalə Hüseynova çıxış etmişdir. Dərnək üzvləri Vətənə Şəhidlərə aid şeirlər səsləndirmişdilər. Mərkəzin foyesində Texniki rəsm dərnəyinin üzvləri faciə qurbanlarının xatirəsinə həsr edilmiş rəsmlərdən ibarət sərgi təşkil edilib. Sonda Tədbir iştirakçıları "Tarix muzeyində" ekskursiyada olublar.