Xocalı soyqırımı Azərbaycan Tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bist kənd tam orta məktəbində də Ordubad rayonunun digər məktəblərində olduğu kimi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Məktəbin bütün şagirdləri fəal iştirak etmişdir. X sinif şagirdləri tərəfindən hazırlanmış "Xocalı harayı" guşəsində Xocalı soyqırımı ilə bağlı bütün məlumatlar əks olunmuşdur. Məktəbin gənc müəllimləri Sona Hüseyinli və Tutu Mərdanlının rəhbərliyi ilə hazırlanan səhnəciklər şagirdlər tərəfindən nümayiş etdirilmişdir.
Sonda Xocalı soyqırımı ilə bağlı hazırlanmış video lentə baxış keçirilmişdir.