27 fevral 2020-ci il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsinin və Şərur Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Şərur Rayon Kürkənd tam orta məktəbinin idman zalında “05 Mart Bədən Tərbiyyəsi və İdman günü”nə həsr olunmuş məktəbin IV-V sinif şagirdləri arasında “Şən statlar” əyləncəli idman oyunu keçirilmişdir. Yarışın sonunda Kürkənd tam orta məktəbinin direkroru Tuncay Cəfərov, Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov və Şərur Rayon Uşaq Gənclər İdman Məktəbinin direkroru Pərviz Əsədov çıxış edərək yarış iştirakçılarının təbrik edib, gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdlar. Yarışda 20 şagird iştirak etmişdir. Gərgin və maraqlı keçən yarışda V sinif komandası 32-31 hesabı ilə qalib olmuşdur.
Qalib komandanın üzvləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.