Fevralın 28-də Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseyin laboratoriyasında VIII sinif kimya fənnindən açıq dərs keçirilmişdir. Kimya müəllimi Qurban Babyev qeyri-üzvi birləşmələrin mühüm sinifləri mövzusunda müvafiq avadanlıqlardan istifadə edərək təcrübələr aparmışdır.Müəllim mis (II) xloridlə və natrium-hidroksid arasında CU2+, Mn 7+ Mn 3+ ionlarının təyini, Mg-un havada yanması, natriumun su ilə reaksiyası aparmış və sonda müşahidə olunan reaksiyası tənliklərini lövhədə yazıb uşaqlara geniş izah vermişdir. Aparılan təcrübbələr şagirdlərin kimya fənninə olan marağının artmasında və təcrübələr əsasında kimyəvi reaksiyaların öyrənilməsində olduqca yararlı olmuşdur.