Məlumdur ki, Azərbaycan respublikası ümumtəhsil məktəblərində tədris ilinin II yarısında (fevral ayından iyun ayına qədər) II-V siniflərdə Mülkimüdafiə dərsləri tədris olunur. Bu dərslərin tədrisində məqsəd şagirdlərə fövqəladə hallar, təbii fəlakətlər baş verən zaman özlərini və yaxınlarını təhlükələrdən qorumağı, təmkinli davranmağı, onların həyatı üçün nələrin təhlükəli olduğunu öyrənməkdir.
28 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə IIa sinfinin sinif rəhbəri İ.Quliyevanın keçdiyi Mülki Müdafiə dərsini 01 mart Beynəlxalq Mülki Müdafiə gününə həsr etdi.
Dərsdə şagirdlər qısa müddətdə öyrəndiklərini, mülki müdafiənin nə demək olduğunu, sülh və müharibə şəraitində insanları hansı təhlükələrin gözlədiyini, Muxtar Respublikamızda baş verə biləcək təbii və fövqəladə hadisələr zamanı, mülki müdafiə tədbirlərində şagirdlərin vəzifələri və davranış qaydaları haqqında, maska və respiratorların faydası, uşaq əlehiqazlarından istifadə qaydalarını təqdim etdilər. Dərsin sonunda şagirdlər FHN-nin qəhrəman əməkdaşlarını öyrəndikləri maraqlı məlumatlar, şeirlərlə, səhnəciklərlə təbrik etdilər. Dərsdə elektron resurslarından, zəngin əyanilikdən səmərəli istifadə olunaraq şagirdlərə fövqəladə hadisələr zamanı məktəbdə, evdə, küçədə necə davranmaq lazım olduğu və mülki müdafiə tədbirlərinin əhəmiyyətini əyləncəli şəkildə öyrədildi.