• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün166
mod_vvisit_counterDünən3719
mod_vvisit_counterBu həftə9647
mod_vvisit_counterBu ay40314
mod_vvisit_counterÜmumi2981125

Tarix: 23 Yan., 2025

Məktəbdənkənar fəaliyyətin təşkili ilə əlaqədar seminar keçirilib

28 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində məktəbdənkənar fəaliyyətin təşkili ilə əlaqədar ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçı) və uşaq birliyi təşkilat rəhbərlərinin qeyd olunan sahə üzrə fəaliyyətlərinin istiqamətləndirilməsi ilə bağlı seminar keçirilib.

Seminarın məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və  bu kimi digər vacib dəyərləri təbliğ etmək, təhsil işçilərinə qabaqcıl təlim sistemini tanıtmaqdan ibarətdir.

Eyni zamanda, məktəb işinin planlaşdırılması və həyata keçirilməsi baxımından təhsil işçilərinin davamlı və peşəkar inkişafı sahəsində fəaliyyətin formalaşdırılması seminarın əsas meyarlarından olub.

Seminarda çıxış edən Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva seminarın keçirilmə məqsədlərindən və gözlənilən nəticələrdən danışıb. Bildirilib ki, məktəbdənkənar fəaliyyətin düzgün təşkili innovativ fikirli, vətənpərvər yeni nəslin formalaşmasında çox vacib amildir. Vurğulanıb ki, məktəbdə təlim-tərbiyə işi bütün pedaqoji prosesləri əhatə edir, tədrisdə alınan biliklər sinifdənxaric və məktəbdənkənar tədbirlərin ideya məzmununu tam bir şəkildə özündə birləşdirir. Seminarda Təhsil Şöbəsinin metodik kabinet müdiri Həsən Tağıyev “Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin idarə edilməsinin mahiyyəti və təşkili”, aparıcı məsləhətçi Şəfəq Camallı isə “Uşaq birliyi təşkilat rəhbərlərinin fəaliyyətinin məzmun və forması” mövzusunda çıxış edib.

Sonda seminar iştirakçılarını maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib və seminar iştirakçılarına yaddaş paylanılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg