Culfa rayon Şurud kənd tam orta məktəbində növbəti kitab müzakirəsi Yusif Balasaqunlunun “Qutatqu bilik” əsərinə həsr edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Babək Kalbalıyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq “Oxunmuş oxunması zəruri olan kitablar”ın insanların, xüsusən gənc nəslin dünyagöruşünun formalaşmasında, onların müstəqil həyata hazırlanmasında əhəmiyyətli rol oynadığını vurğulamışdır.
Bildirilmişdir ki, “Qutatqu bilik” əsəri əxlaqi saflıq,mənəvi dəyər, humanizm, ədalət, şərəf və ləyaqət, sadəlik,paklıq və təvazökarlıq düşüncələri aşılayır. 85 bölmədən, 6410 beytdən ibarət olan poemada türk dövlətinin daha da çiçəklənməsi, düşmən qarşısında sarsılmaması, öz milli istiqlalını, ərazi bütövlüyünü axıradək qoruyub saxlaması kimi zəruri amillər diqqətə çəkilir.
Məktəbin müəllimləri Hüseyn Şəkərəliyev, Gülnar Orucova poemanın əsas ideyası, məzmunu, yaranma səbəbi, ayrı-ayrı bölmələrdə təbliğ olunan mənəvi keyfiyyətləri barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər.
Sonda məktəbin şagirdləri poemadan bir sıra aforizmlər söyləmiş və onları düşündürən hissələri bədii qiraət etmişlər.